Çılpaq, lal bir yamac idi, quru dağ idi,
Qalxıb ən uca zirvəyə Romul ilə Rem.
"Gəl şəhəri burda salaq" - Romul söylədi,
"Günəş kimi bir şəhəri" - gəldi dilə Rem.
Romul dedi: "Ulduzların köməyi ilə
Bizə layiq qədim şöhrət qayıtdı bizə".
Rem söylədi: "Gətirməyək olanı dilə,
Vüqar ilə baxaq nurlu qismətimizə".
Romul: "Bu yer meydan olsun, ondan aşağı,
Hər bir kəsə həyan olan ev tikək gərək".
Rem dilləndi qəmli-qəmli: - "Bu evə yaxın
Gələcəkdə bizə həsrət qəbirlər tikək".